Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu gün bütün Qarabağ bir tikinti meydançasını xatırladır

0

  •            Azərbaycan Respublikası Prezidenti Möhtərəm Cənab İlham Əliyev 05.10.2022-ci il tarixində işğaldan azad olunmuş Ağdam rayonuna növbəti səfəri olmuşdur. Ümumiyyətlə, işğaldan azad oıumuş rayon və ərazilərimizə Cənab Prezidentimizin hər səfəri insanlarımızın doğma torpaqlara dönüşünün anonsu təsirini bağışlayır. Ümid və gələcəyə inam zəngini xatırladır. Biz Prezidentimizin hər səfərini diqqətlə izləyir, hər tarixi çıxışını alqışlayırıq. Onun erməni vandalizmini aydınladan və faktlara söykənən təkzibediməz fikirləri dünyada erməni xislətini ifşa edən çıxışlardır. Ağdamı xarabazara çevirən, tarixi və dini abidələrimizi viran qoyan düşmənin xislətini çıxışı ilə açan Prezidentimiz ümid dolu gələcəyə inam, siyasi iradə, xalqına sevgi hisslərini hər çıxışında sübut edir. Dünyanın diqqətini Qarabağa, vəhşi erməni düşmənçiliyinə, əsassız və yalan "ideologiya"nın çürümüş dayaqlarına yönəldir. Bizim haqlı olaraq qalibiyyətimizin ədalət və beynəlxalq hüquqa dayanan təməllər üzərində bərqərar olduğunu vurğulayır. O, inam və qürurla viran edilmiş bütün Azərbaycan torpaqlarının yenidən daha yaxşı bərpasını göz önünə gətirir. Bu gün bütün Qarabağ bir tikinti meydançasını xatırladır. İndi Ağdamda, Laçında, Şuşada ermənilərin yuxularını haram edən traktorların, maşınların, qurub - yaradan insanların səsi heç də toplarımızın, güllələrimizin səsindən zəif səslənmir. Eşq olsun dünən vuruşan, bu gün qurub-yaradan Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!      Rövşən Atakişiyev,  Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib44 dəfə
    Bu gün bütün Qarabağ bir tikinti meydançasını xatırladır

    Maraqlı gələ bilər
    55